• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Gürcüstanda "Xarici agentlərin qeydiyyatı haqqında" qanun qüvvəyə mindi

DÜNYA

31 May 2025 | 10:44

Gürcüstanda Xarici agentlərin qeydiyyatı haqqında qanun qüvvəyə mindi

Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında” qanun qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, yeni sənəddə təkcə xarici kapital əsasında yaradılan hüquqi şəxslər deyil, eyni zamanda, onun tələblərinə əməl etməyən hər kəs “xarici agent” hesab olunacaq və cinayət məsuliyyətinə cəlb ediləcək.

    Qanunun təsiri altına düşənlərin əhatə dairəsinə xarici dövlətin hakimiyyət nümayəndələri və ya xarici ölkədə fəaliyyət göstərən siyasi partiyalar, Gürcüstanın sərhədlərindən kənarda yaşan şəxslər, ölkənin siyasi həyatında iştirak edən reklam agentləri, informasiya xidmətlərinin əməkdaşları, eləcə də xarici təşkilatın fəaliyyətində müşavir qismində iştirak edən fiziki və ya hüquqi şəxslər daxildir.

    Qanun eyni zamanda xarici təşkilatın mənfəətinə xidmət edəcək vəsaitlərin toplanması ilə məşğul olanlara da “xarici agent” statusu veriləcək.

    Bu termin Gürcüstanda təsis edilən və qeydiyyatdan keçən yayım şirkətləri, mətbuat orqanları və ya assosiasiyalara şamil edilməyəcək.

    Qanuna əməl edilməməsi 1800 – 3600 ABŞ dolları arasında cərimə ilə nəticələnəcək.


    SON XƏBƏRLƏR

    31 May 2025