• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Pentaqon bu silahın hazırlanmasına 1 milyard dollardan çox xərcləyəcək

DÜNYA

31 May 2025 | 11:03

Pentaqon bu silahın hazırlanmasına 1 milyard dollardan çox xərcləyəcək

Pentaqon “Lockheed Martin” müdafiə korporasiyasından 1 milyard dollardan artıq məbləğdə operativ zərbə sisteminin modifikasiyasının hazırlanmasını sifariş edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə idarəsinin saytında məlumat verilib.

Dərc edilmiş məlumata əsasən, “Lockheed Martin” tam xidmət kompleksi ilə bağlı sifariş alıb. Bura proqramın idarə edilməsi, mühəndis işləmələri, sistemlərin inteqrasiyası, raketlərin və “Conventional Prompt Strike” ("Konvensional sürətli zərbə") sisteminin buraxılış proqramlarının istehsalı üçün lazımi materiallar, alət və avadanlıqların alınması daxildir.

Daha əvvəl müdafiə şirkəti avtonom idarəetmə sistemi ilə təchiz edilmiş və pilot olmadan döyüş tapşırıqlarını yerinə yetirə bilən beşinci nəsil “F-35” qırıcılarını modernləşdirmək planlarını açıqlamışdı.


SON XƏBƏRLƏR

31 May 2025