• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Finlandiya “Eagle S” neft tankeri ilə bağlı araşdırmanı başa çatdırıb

DÜNYA

31 May 2025 | 10:17

Finlandiya “Eagle S” neft tankeri ilə bağlı araşdırmanı başa çatdırıb

Finlandiya Milli Cinayət Polisi Baltik dənizində sualtı kabelləri zədələməkdə şübhəli bilinən “Eagle S” neft tankeri ilə bağlı ilkin araşdırmanı başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yle” qəzeti yazıb.

Ekipajın üç üzvü telekommunikasiya sistemlərinin işinə müdaxilədə şübhəli bilinir. Hüquq-mühafizə orqanları ilkin araşdırmanın bütün materiallarını prokuror müavini Yukka Rappellaya təhvil verib.

Xatırladaq ki, bu ilin yanvar ayının əvvəlində Finlandiya polisi Kuk adaları bayrağı altında üzən “Eagle S” tankerini saxlayıb. “EstLink 2” kabelinin sahibi olan “Fingrid” elektrik şəbəkəsi operatoru neft tankerinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib. Gəmi elektrik kabelinin zədələnməsində şübhəli bilinirdi. Lakin tankerin saxlanılması üçün əsaslar olmadığına görə o, iki ay sonra sərbəst buraxılıb.


SON XƏBƏRLƏR

31 May 2025