• Bakı 25° C

    7.6 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

"BTS" üzvünün hesabını sındıran şəxsə 20 illik həbs verildi

ŞOU

21 Avqust 2026 | 22:43

"BTS" üzvünün hesabını sındıran şəxsə 20 illik həbs verildi

Cənubi Koreyanın Seul şəhərində məhkəmə məşhur "BTS" qrupunun üzvü Çonqukun hesabını sındıraraq onun vəsaitlərini oğurlamağa çalışan şəxsi 20 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, məhkum Çun soyadlı Çin vətəndaşıdır. O, dələduzluq və informasiya şəbəkələri ilə bağlı qanunvericiliyin pozulmasında təqsirli bilinib. Cinayət işi çərçivəsində 38 milyard vondan (təxminən 27,2 milyon dollar) çox vəsaitin oğurlanmasına cəhd edildiyi müəyyənləşib.

Məlumata görə, Çun təkcə Çonqukun deyil, Cənubi Koreyanın bir sıra tanınmış biznesmenlərinin də hesablarına müdaxilə edib. O, əsasən varlı şəxsləri hədəf seçərək onların şəxsi məlumatlarını ələ keçirib və bank hesablarından pul köçürməyə çalışıb.

Araşdırma zamanı məlum olub ki, Çun xaricdə, xüsusilə Tailandda fəaliyyət göstərən cinayətkar qruplaşma ilə əlaqəli olub. Məhkəmə onun törətdiyi əməllərdən səmimi şəkildə peşman olmadığını da vurğulayıb.

Hakerlərin Çonqukun "BTS"in agentliyi “Big Hit Music”in ana şirkəti olan “HYBE”dəki səhmlərini də oğurlamağa cəhd etdikləri bildirilir. Həmin səhmlərin ümumi dəyərinin təxminən 8,4 milyard von olduğu qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR