• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Qarabağda itkin düşənlərin rəsmi sayı AÇIQLANDI

DÜNYA

01 May 2025 | 12:48

Qarabağda itkin düşənlərin rəsmi sayı AÇIQLANDI

Bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilib:

"Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz".


SON XƏBƏRLƏR