İstanbulun Şile bölgəsində restoranlardan birində yanğın baş verib.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, alovlar sonradan həmin restorana bitişik olan daha 5 restorana sıçrayıb.
Hadisə zamanı 1-i yanğınsöndürən olmaqla 3 nəfər yaralanıb.
Üç saatlıq mübarizədən sonra yanğını söndürmək mümkün olub.
Yanğının səbəbi hələ məlum deyil.