• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

HADİSƏ

01 Aprel 2025 | 14:48

Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

Naxçıvan Muxtar Respublikasında bayram tətili günlərində 36 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.

Bakıvaxtı.az NUHÇIXAN-a istinadən xəbər verir ki, bu barədə Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 29-u qidadan, 3-ü dərmandan, 4-ü isə dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müalicə üçün evə buraxılıblar.


SON XƏBƏRLƏR