• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Sərxoş mikroavtobus sürücüsü həbs olundu - VİDEO

HADİSƏ

01 May 2025 | 13:18

Sərxoş mikroavtobus sürücüsü həbs olundu - VİDEO

Sərxoş və hüquqsuz halda mikroavtobus idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda “Mercedes Sprinter” markalı avtomobilə “Saxla” işarəsi verilsə də, sürücü Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.

Məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan K.Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı onun avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə Kənan Mirzəli 15 gün müddətə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR