• Bakı 23° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Manukyanın təxribatçı sualına zərərçəkmişdən CAVAB

HADİSƏ

30 May 2025 | 22:34

Manukyanın təxribatçı sualına zərərçəkmişdən CAVAB

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 30-da davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş şəxs Mais Mirzəyev 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, müxtəlif istiqamətlərdə döyüşlərdə olduğunu, oktyabr ayında Hadrut istiqamətində yaralandığını bildirib.

“Düşmən xüsusilə Hadrut istiqamətində artilleriya, o cümlədən minaatanlarla atəş açırdılar”, - deyə o əlavə edib.

David Manukyan ona “Birinci kim hücum edib?” sualını ünvanlayıb. M.Mirzəyev suala “Biz əks hücumla cavab vermişik” deyərək cavab verib


SON XƏBƏRLƏR

31 May 2025