• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Goranboyda qardaş bacısını bıçaqladı - YENİLƏNİB

HADİSƏ

31 May 2025 | 09:35

Goranboyda qardaş bacısını bıçaqladı - YENİLƏNİB

Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

09:15

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

    Belə ki kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    31 May 2025