• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ağdamda mina partladı - Polis YARALANDI

HADİSƏ

30 Iyun 2025 | 09:07

Ağdamda mina partladı - Polis YARALANDI

Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR