• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Həbsdə olan Dürdanə Əliyeva yenidən məhkəmə qarşısında

HADİSƏ

01 May 2025 | 10:09

Həbsdə olan Dürdanə Əliyeva yenidən məhkəmə qarşısında

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən eks-şöbə müdiri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.

D.Əliyeva özünü təqsirli bilməyib. Məhkəmədə tələbələrdən alınan pulları sabiq rektor Nurlana Əliyevaya verdiyini deyib. Sabiq rektor isə şahid qismində verdiyi ifadəsində təqsirləndirilən şəxsin dediklərini təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmədə də D.Əliyevanın şikayətini təmin etməyib.


SON XƏBƏRLƏR