• Bakı 24° C

    9.39 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanılıb - Biri millinin baş məşqçisidir

HADİSƏ

30 May 2025 | 22:21

Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanılıb - Biri millinin baş məşqçisidir

Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.

Bu barədə Bakıvaxtı.az “Haber Türk”ə istinadən xəbər verir.

Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır. 

Qeyd olunur ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər. 

O da bildirilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb. Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.

Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb./ “Qafqazinfo”


SON XƏBƏRLƏR

31 May 2025