Aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilib. Orada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: "Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb".
Digər məzarlıq isə Əsgəran- Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: "Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".