• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

 58 mindən çox ailə pay torpaqlarına çıxarış əldə edib

DÜNYA

01 Aprel 2025 | 16:35

 58 mindən çox ailə pay torpaqlarına çıxarış əldə edib

Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən 58 025 ailə pay torpaqlarına çıxarış əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu günə qədər 375 min torpaq sahəsinin dövlət aktı dövlət reyesterindən çıxarışa əvəzlənib.

"Ümumilikdə bu proses 99 % yekunlaşıb. Ölkədə olmadığı üçün və yaxud digər səbəblərdən bu sənədi əldə etməyən şəxslər varsa, müraciət edərək dövlət rüsumu ödəmədən çıxarışlarını əldə edə bilərlər", - deyə əmlak rəsmisi qeyd edib.


SON XƏBƏRLƏR