• Bakı 15° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Ərdoğana 5 ölkənin səfirindən etimadnamə təqdim olundu

DÜNYA

01 May 2025 | 15:10

Ərdoğana 5 ölkənin səfirindən etimadnamə təqdim olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belarus, Braziliya, Ekvador, Gürcüstan və Vyetnamın yeni səfirlərini qəbul edib.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, görüş Prezident Sarayında baş tutub.

Təqdimat mərasimində Belarusun səfiri Anatoly Glaz, Braziliyanın səfiri Gilda Motta Santos Neves, Ekvadorun səfiri Pedro Vintimilla, Gürcüstanın səfiri Archil Kalandia və Vyetnamın səfiri Thi Thu Ha Dang Prezident Ərdoğana etimadnamələrini təqdim ediblər.

Təqdimatın ardından səfirlər ailə üzvləri və diplomatik nümayəndəlik əməkdaşları ilə birlikdə xatirə şəkli çəkdiriblər. 

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

20 Noyabr 2025