• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bayden müalicəyə başladı

DÜNYA

31 May 2025 | 14:24 | Müəllif: Gülşən Şərif

Bayden müalicəyə başladı

 ABŞ-nin keçmiş Prezidenti Co Baydenə bir müddət əvvəl qoyulan prostat xərçəngi diaqnozunun ardından o, artıq müalicə prosesinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bayden bu barədə Delaver ştatında keçirilən tədbir zamanı məlumat verib.

Baydenin sözlərinə görə, o hazırda müalicə planı çərçivəsində bir cərrahla sıx əməkdaşlıq edir:
"Proqnozlar müsbətdir, hər şey üzərində çalışırıq. Müalicə prosesimiz uğurla davam edir və özümü yaxşı hiss edirəm. Ətrafımdakı hər kəs də nikbin ruhdadır", - deyə o bildirib.

82 yaşlı siyasətçi qeyd edib ki, ilkin mərhələdə altı həftə ərzində konkret bir dərman qəbul edəcək, daha sonra isə yeni bir müalicə protokoluna keçid planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026