• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

BMT kütləvi işçi ixtisarları planlaşdırır

DÜNYA

31 May 2025 | 13:48

BMT kütləvi işçi ixtisarları planlaşdırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün bütün agentlik və ofislərinə iyun ayının ortalarına qədər işçi heyətinin 20 faiz ixtisarı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, ixtisarlar 60-dan çox BMT bölməsini əhatə edəcək. Onların sırasında humanitar və siyasi missiyalar, qaçqınlara yardım, gender bərabərliyi, beynəlxalq ticarət, ekologiya və şəhər inkişafı sahəsində çalışan qurumlar var.

BMT-nin baş nəzarətçis Çandramuli Ramanatan aidiyyəti qurumlara ünvanladığı məktubda qeyd edib ki, bu addımın məqsədi büdcə xərclərini optimallaşdırmaq və qənaətə nail olmaqdır.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 3,72 milyard ABŞ dolları məbləğində olan büdcəsini 15-20% azaltmağa çalışır.

Maliyyə problemlərinin əsas səbəblərindən biri kimi ABŞ-nin BMT-yə üzvlük haqlarının ödənilməsini dayandırması göstərilir.


SON XƏBƏRLƏR

01 Iyun 2025