• Bakı 22° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

DÜNYA

31 May 2025 | 14:29

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Bakıda İran və Azərbaycanın nümayəndələrinin iştirakı ilə Araz çayının su və enerji ehtiyatlarının istismarı üzrə Daimi Birgə Komissiyanın 54-cü iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər əvvəlki sənədlərin müddəalarını, sərhəd və birgə bəndlərdəki ehtiyatların həcmini və cari ildə sərhədin hər iki tərəfinin suya olan tələbatını əsas gətirərək Araz çayının su ehtiyatlarının optimal istismarı üçün lazımi plan və sazişlər aparıblar.

Qeyd edilib ki, iclasda qəbul edilən qərarlar iki ölkənin icra gündəliyinə daxil ediləcək.


SON XƏBƏRLƏR

01 Iyun 2025