• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Kinorejissor Martin Skorseze mərhum Roma Papasının da iştirak etdiyi film çəkir

DÜNYA

01 May 2025 | 14:53

Kinorejissor Martin Skorseze mərhum Roma Papasının da iştirak etdiyi film çəkir

Tanınmış kinorejissor Martin Skorseze mərhum Roma Papası Fransiskin də rol aldığı sənədli film üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

“Aldeas – Yeni tarix” adlı filmdə Skorsezenin panteonla söhbətlərinin, o cümlədən son müsahibəsinin videoyazıları yer alacaq.

Film Roma Papasının 2013-cü ildə gənclər arasında mədəniyyəti, o cümlədən kino vasitəsilə təbliğ etmək məqsədilə təsis etdiyi beynəlxalq qeyri-kommersiya təşkilatının işindən bəhs edir.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib, o, komaya düşməsinə və ürəyinin dayanmasına səbəb olan insult keçirib. Yeni Roma Papasının seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanacaq.


SON XƏBƏRLƏR