• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

İstanbulda əməliyyat - 300 nəfər saxlanıldı

DÜNYA

01 May 2025 | 15:32

İstanbulda əməliyyat - 300 nəfər saxlanıldı

İstanbul şəhərinin hüquq-mühafizə orqanları hökumət tərəfindən icazə verilməyən kortəbii aksiyaların təşkilinə cəhd etdikləri üçün təxminən 300 nəfəri saxlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Müasir Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, şəhər administrasiyası icazəsiz 1 May nümayişlərinin keçirilməsinin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

İstanbul hakimiyyəti həmkarlar ittifaqlarına 1 May nümayişlərini yalnız Kadıköy və Kartalda keçirməyə icazə verib. Türkiyədə mayın 1-də qeyd olunan Əmək və Həmrəylik Günündə təhlükəsizliyin təmin edilməsi üçün təxminən 40 min polis cəlb edilib.


SON XƏBƏRLƏR