Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 18 nəfər ölüb, 77 nəfər yaralanıb.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 52 min 418-ə, yaralıların sayı isə 118 min 91-ə yüksəlib.
Nuriyyə Musayeva