• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Azərbaycana idxal edilən gilas tinglərində uyğunsuzluq aşkarlandı

CƏMİYYƏT

01 Aprel 2025 | 13:08

Azərbaycana idxal edilən gilas tinglərində uyğunsuzluq aşkarlandı

Əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal edilən gilas tinglərindən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları nümunələr götürürərək müayinələrə cəlb edib.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr nəticəsində Çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17 800 gilas tingi məhv edilib.

Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.


SON XƏBƏRLƏR