• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Masallıda məktəbli qızlar şagird yoldaşını döydülər

CƏMİYYƏT

01 May 2025 | 11:00

Masallıda məktəbli qızlar şagird yoldaşını döydülər

Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya Lənkəran-Astara egional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb. Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib.

    Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.

    Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.


    SON XƏBƏRLƏR