• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

CƏMİYYƏT

01 Aprel 2025 | 19:43

Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

Bu gün 44 günlük Vətən müharibəsinin şəhidi - Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür.

Bakıvaxtı.az xatırladır ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.

Şükür Həmidov 1990-1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib.

Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Vətən müharibəsində Şükür Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Dövlət başçısının sərəncamları ilə Şükür Həmidov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.

Milli Qəhrəmanın bir oğlu və bir qızı var.


SON XƏBƏRLƏR