• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

CƏMİYYƏT

01 May 2025 | 17:40

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalanda yerləşən Heydər Əliyev Mərkəzində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşlarla görüşüb.

Bakıvaxtı.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” bütün regionlarda yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı maarifləndirmə tədbirlərini, bölgələrdə yerli sakinlərlə görüşləri davam etdirir.


SON XƏBƏRLƏR