• Bakı 22° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Rəsul Rzanın ev-muzeyinin açılışı oldu

CƏMİYYƏT

31 May 2025 | 16:46

Rəsul Rzanın ev-muzeyinin açılışı oldu

Bakıda Rəsul Rzanın ev-muzeyinin açılış mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev açılış mərasiminə qatılan qonaqlara təşəkkür edib və muzeyin ədəbiyyat sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu gün Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün önəmli gündür.

"Xalq şairi Rəsul Rza və onun ömür-gün yoldaşı Nigar Rəfibəylinin ocağında toplaşmışıq. Ev-muzeyləri gənc nəsil, ədiblərimiz və tədqiqatçılarımız üçün böyük önəm kəsb edir. Hörmətli Anar Rzayevin dəvəti ilə bir neçə gün əvvəl ev-muzeyinə ilkin baxış keçirildi.

Anar müəllimin dolğun məlumatı ilə Rəsul Rzanın ədəbi irsinin incəliklərinə səyahət etdik. Anar müəllimə və ailə üzvlərinə təşəkkür edirəm",- deyə nazir söyləyib.

Xalq artisti Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Rəsul Rzanın ev-muzeyinin fəaliyyəti çox əhəmiyyətlidir: "Bu evi görəndə sanki 30-40 il cavanlaşmışam. Rəsul Rzanın şeirinə mahnı yazmışdım.

Azərbaycanda ev-muzeylərinin yaradılması Ulu Öndər Heydər Əliyevin məhsuludur. Bu ənənənin əsası Ulu Öndərimiz tərəfindən qoyulub və çox şadam ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Qeyd edək ki, Rəsul Rzanın ev-muzeyinin açılışında bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.


SON XƏBƏRLƏR

01 Iyun 2025