• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kamran Əliyev yenidən Baş prokuror təyin olunub

CƏMİYYƏT

01 May 2025 | 16:34 | Müəllif: Əli Hüseynov

Kamran Əliyev yenidən Baş prokuror təyin olunub

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilmişdi.

    Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin Baş prokuror təyin olunmasına razılıq verib.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026