• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Sabahdan yağış və qar yağacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

01 May 2025 | 16:57

Sabahdan yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.


SON XƏBƏRLƏR