• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq

CƏMİYYƏT

01 May 2025 | 16:36

Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR