• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Fransa Rusiyaya yeni səfir göndərdi

DÜNYA

01 Aprel 2025 | 18:32

Fransa Rusiyaya yeni səfir göndərdi

Fransanın yeni səfiri Nikola de Rivyer Rusiyaya gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Aprelin 1-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Fransa Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Nikola de Rivyerin etimadnaməsinin surətlərini qəbul edib”, - deyə diplomatik departamentdən bildirilib.

Martın 17-də Rusiya Fransanın Rusiya Federasiyasındakı yeni səfiri vəzifəsinə Fransanın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikola de Rivyerin namizədliyini təsdiqləyib. O, bu vəzifədə Fransanın Rusiyadakı müvəqqəti işlər vəkili Zahari Qrossu əvəz edib.


SON XƏBƏRLƏR