İsrail hərbçiləri yaxın vaxtlarda Qəzza zolağında HƏMAS-a dağıdıcı zərbə vurmağa hazırdırlar.
Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.
"HƏMAS terrorçuları hələ də qardaş və bacılarımızı girov saxlayırlar. İsrail Ordusu onlara (radikallara) qəti zərbə vurmağa hazırdır. Biz bütün qüvvələrdən istifadə edəcək, əməliyyatların tempini artıracağıq", - o qeyd edib.