İranın Xorasan Rezəvi əyalətində zəlzələ nəticəsində zərər çəkənlərin sayı 29-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, zərərçəkənlər zəlzələdən qaçmağa çalışarkən xəsarət alıblar.
Məlumata görə, hazırda yalnız bir nəfər xəstəxanada qalır, digər zərərçəkənlər artıq evə buraxılıb.
***
10:42
İranda 5 bal gücündə zəlzələdə xəsarət alanların sayı 19-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
***
09:30
İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.
Bakıvaxtı.az “Mehr” agentliyinə istindən xəbər verir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi bildirib.
Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.
Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.
İcra başçısının sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.
Bakı 


jpg-1746077368.jpg)

