Qazaxıstanın “Astana Hub” texnologiya parkı və “IT Park Uzbekistan” BƏƏ və Çində beynəlxalq mərkəzlər açacaq.
Bakıvaxtı.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Astana Hub” məlumat yayıb.
Həmçinin şirkətlər 2030-cu ilə qədər 8 startap yaratmağı və IT məhsullarının ixrac dəyərini 10 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.
"Biz Mərkəzi Asiyanın innovasiyalarının dünya arenasında dinamik şəkildə təşviqini təmin etmək üçün “IT Park Uzbekistan” ilə “Central Asian Innovation Hubs” ümumi brendi altında tərəfdaşlığı gücləndirmək niyyətindəyik. Bu il Çin və BƏƏ-də birgə hablar yaratmağı, həmçinin ən böyük beynəlxalq texnoloji platformalarda iştirak etməyi planlaşdırırıq", - “Astana Hub”ın baş direktoru Maqjan Madiyev bildirib.
“Astana Hub” və “IT Park Uzbekistan”ın təşəbbüsü ilə yaradılan “Central Asian Innovation Hubs” 2024-cü ildə beynəlxalq forumlarda 40-dan çox startap təqdim edib. Bu, regionun beynəlxalq arenada tanınmasına təkan verərək Mərkəzi Asiya startapları üçün yeni imkanlar açıb”, - məlumatda qeyd olunub.