• Bakı 16° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Planetin ən yaşlı insanı 116 yaşında vəfat etdi

DÜNYA

01 May 2025 | 09:07

Planetin ən yaşlı insanı 116 yaşında vəfat etdi

Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarru Lukas 116 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agency Franse Presse" Braziliyanın Portu-Aleqri şəhərinin Karmelit Bacıları Konqreqasiyasının bəyanatına istinadən məlumat yayıb.

"Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas çərşənbə günü 116 yaşında vəfat edib", - agentlik onun Portu Aleqri şəhərində yaşadığı Karmelit Bacılar İcmasının bəyanatına istinadən qeyd edir.

Agentlik xatırladıb ki, Kanabarru 1908-ci il iyunun 8-də anadan olub. O, 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtookinin ölümündən sonra dünyanın ən yaşlı insanı hesab edilib.


SON XƏBƏRLƏR

30 Aprel 2025