ABŞ-nin keçmiş prezidenti Co Bayden xərçəng diaqnozundan sonra ilk dəfə çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The New York Post” (NYP) məlumat yayıb.
Bayden çıxışında demokratiyanı qorumağa çağırıb.
“Onlar bizdən Amerikanın nə olduğuna sadiq qalmağımızı xahiş edirlər. Bizdən öz işlərini görməyi tələb etmirlər. Bizdən öz işimizi görməyi - ölkəni, burada və indi, demokratiyanı müdafiə etməyimizi istəyirlər. Beləliklə, bu gün qəhrəmanlarımızı şərəfləndirmək vədimizi təzələyək”, - deyə keçmiş prezident döyüşdə həlak olan amerikalı əsgərlər haqqında danışıb.
Qeyd edək ki, Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.