• Bakı 27° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Tramp ona Ağ Evin qızıl açarını təqdim etdi

DÜNYA

30 May 2025 | 23:34

Tramp ona Ağ Evin qızıl açarını təqdim etdi

ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maska Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri kimi xidmətlərinə görə Ağ Evin qızıl açarını təqdim edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Maskın “DOGE” ilə son rəsmi gününü xatırlamaq üçün keçirilən mətbuat konfransında olub.

“Təşəkkür edirəm, İlon. Özünə yaxşı bax” , -Tramp deyib.

Mask dövlət xidmətini başa vurduqdan sonra Trampın “dost və məsləhətçi” statusunu saxlayacağını bildirib.

Xatırladaq ki,  ABŞ Prezidenti Donald Tramp “DOGE”ni yanvar ayında təsis edib və amerikalı milyarder İlon Mask ona rəhbər təyin olunub.


SON XƏBƏRLƏR

31 May 2025