Qazaxıstan BRİKS-ə qoşulmağı planlaşdırmır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ölkə Prezidenti Qasım-Jomart Tokayev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
O bildirib ki, praqmatik mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu yetərli hesab edir. Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİKS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur:
“Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə zaman göstərər”.