Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der LeyenStrasburqda Avropa Parlamentinin Plenar iclasında ABŞ-la ticarət əlaqələri və yeni tariflərdən danışıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-nin tariflərinə sərt cavab verməyə hazır olduqlarını bildirib.
"Biz tariflərin səhv olduğunu düşünürük. Bu gün sizə mesajım odur ki, xalqımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyə sahibik",- Von der Leyen qeyd edib.
ABŞ administrasiyasının indiyə qədər polad, alüminium, avtomobil və avtomobil hissələri idxalına 25 faiz gömrük rüsumunu elan etdiyini xatırladan fon der Leyen, gömrük rüsumlarına məruz qalacaq növbəti sektorların yarımkeçiricilər, əczaçılıq məhsulları və taxta-şalban olacağını diqqətə çatdırıb.
Əli Hüseynov