Ağcabədi rayonunda yol nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bəhrəmtəpə-Hindarx yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər - Ağcabədi rayon Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.