• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Yuri Romanovun "Mən müharibəni çəkirəm... Sağqalma Məktəbi" kitabı türkcəyə tərcümə olundu

CƏMİYYƏT

01 Aprel 2025 | 16:41

Yuri Romanovun Mən müharibəni çəkirəm... Sağqalma Məktəbi kitabı türkcəyə tərcümə olundu

Yuri Romanovun müharibə və hərbi strategiya sahəsində dərin analizlərini təqdim etdiyi "Mən müharibəni çəkirəm... Sağqalma Məktəbi" adlı əsəri ilk dəfə türkcəyə tərcümə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, kitabın tərcüməsi hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist və köşə yazarı Nigar Ögeday tərəfindən həyata keçirilib. Redaktorluğunu isə Barınajansın sahibi, köşə yazarı və müəllim Hasan Barı edib.

Bu mühüm kitab, xüsusilə Çeçenistan, Qarabağ və Əfqanıstanda baş verən münaqişələrin daha yaxşı anlaşılmalı olduğunu düşünən müəlliflər tərəfindən türkcəyə tərcümə olunub.

Yuri Romanoviç yalnız seçkin bir hərbi strateq deyil, həm də mühüm bir hərbi tarixçi idi. O, Çeçenistan, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı olub, bir çox döyüşlərə şahidlik və şəxsən iştirak edib. Müharibədən sonra hərbi münaqişələri araşdırmağa və təhlil etməyə yönələrək, müharibələrin səbəblərini və nəticələrini anlamağa çalışıb.

Onun kitabları, müharibələrin niyə baş verdiyini və bu cür fəlakətlərin necə qarşısının alına biləcəyini anlamağa yönəlmiş bir səydir.

Yuri Romanovun bu əhəmiyyətli işi, müharibələrin dağıdıcı təsirlərini daha dərindən anlamaq istəyənlər üçün bir müraciət qaynağıdır.

Kitab tezliklə "Barınajans" tərəfindən hissə-hissə oxuculara təqdim ediləcək.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR