• Bakı 16° C

    0.9 m/s

Xabarovskda zəlzələ oldu

DÜNYA

02 Aprel 2025 | 13:18

Xabarovskda zəlzələ oldu

Rusiyanın Xabarovsk diyarının Vanino qəsəbəsi yaxınlığındakı Tatar boğazı akvatoriyasında 4,1 maqnitudalı zəlzələ olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

"Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, aprelin 2-də saat 15:48-də Tatar boğazı akvatoriyasında, Xabarovsk diyarının Vanino qəsəbəsindən 24 km şimal-şərqdə və Saxalin vilayətinin Uqleqorsk şəhərindən 117 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, onun maqnitudası 4,1 təşkil edib", - məlumatda bildirilib.

Bu seysmik hadisə Vanino və Sovetskaya Qavan rayonlarının ərazisində hiss edilməyib, əhalidən vahid növbətçi-dispetçer xidmətinə zənglər daxil olmayıb. Yanacaq-energetika kompleksi və mənzil-kommunal təsərrüfatı obyektləri ştat rejimində fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026