Türkiyədə qeyri-qanuni miqrantlar saxlanılıb
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Təşkil edilən əməliyyatlarda 420 min 269 nəfərin şəxsiyyəti yoxlanılıb. Bu tədbirlər çərçivəsində 28 min 630 əməkdaş, 9 min 152 qrup və 5 min 684 nöqtədə, o cümlədən 4 min 309 tərk edilmiş bina, 7 min 869 ictimai yer, 493 terminal və 2 min 798 digər məkan nəzarətə alınıb.
Əməliyyatlar nəticəsində 1-i xarici vətəndaş olmaqla 21 insan alverçisi və 547 qeyri-qanuni miqrant saxlanılıb. Saxlanılan miqrantların ölkələrinə geri qaytarılması prosesi başlanılıb.
Nuriyyə Musayeva