• Bakı 27° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilərə təhvil verib

DÜNYA

31 May 2025 | 21:09

HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilərə təhvil verib

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunmuş məlumatda qeyd olunub.

"Bu gün HƏMAS vasitəçilərə Uittkoffun son təklifinə cavabını verdi. Gələcək razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 10 israilli girovu azad etməyə və 18 cəsədi təhvil verməyə hazırıq", - bəyanatda bildirilir.

HƏMAS əlavə edib ki, hərəkatın cavabı Qəzzada daimi atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması və oraya humanitar yardımın daxil olması tələblərini ehtiva edir.

Hərəkatın girovları azad etməyə hazır olduqları müddət barədə məlumat verilmir.


SON XƏBƏRLƏR

01 Iyun 2025