• Bakı 24° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

DÜNYA

01 Iyun 2025 | 00:22

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus “Fox News” telekanalının efirində bildirib.

“Münaqişənin həlli şərtləri Ukrayna ilə Rusiya arasında olmalıdır. Biz insanları danışıqlar masasına oturtmuşuq. Onlar bizim tələblərimizin nə olduğunu bilirlər, lakin bu, həqiqətən onlardan asılı olacaq”, - diplomat söyləyib.


SON XƏBƏRLƏR

01 Iyun 2025