Türkiyədə narkotik qaçaqmalçıları saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, Türkiyənin Ədirnə şəhərində Kapıkule Sərhəd Keçid Məntəqəsindən ölkəyə daxil olan sərnişin avtobusunda aparılan axtarış zamanı 87 kiloqramdan çox esrar maddəsi aşkar edilib.
Avtobusda şübhəli sıxlıq müşahidə edildikdən sonra narkotik maddələrin axtarışında ixtisaslaşdırılmış Jeff adlı it də cəlb olunub.
İtin reaksiya verdiyi əraziyə baxış zamanı, dəmir kəsici alətlərlə açılan "zula" adlandırılan gizli bölmədə 93 bağlamada 87 kilo 752 qram esrar aşkarlanıb.
Hadisə ilə bağlı avtobusun iki sürücüsü və bir köməkçisi saxlanılıb. Onlar ifadə verdikdən sonra məhkəməyə çıxarılıb və barələrində həbs qərarı verilib. Hazırda araşdırmalar davam etdirilir.
Nuriyyə Musayeva