Rusiyanın Bryansk vilayətində körpü partladılıb.
Bakıvaxtı.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, həmin vaxt körpünün altından sərnişin qatarı keçib.
Bölgənin qubernatoru Aleksandr Boqomaz hadisə nəticəsində 7 nəfərin öldüyünü, 3-ü uşaq olmaqla 66 nəfərin yaralandığını açıqlayıb.
“388 sərnişini daşıyan qatar hərəkət edərkən magistral yolda körpü partladılıb”, - A. Boqomaz bildirib.