• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Rusiya Zaporojyeni dronlarla vurdu: yaralılar var

DÜNYA

01 Iyun 2025 | 10:08 | Müəllif: Subhan Mahmudov

Rusiya Zaporojyeni dronlarla vurdu: yaralılar var

Bu gün səhər Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətini ən azı yeddi "Şahed dronu ilə hücuma məruz qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

"Zaporojyedə kritik infrastruktur obyektinə hücum ediblər. Nəticədə inzibati bina qismən dağılıb və ərazidə yanğın baş verib", - deyə Fedorov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi həmçinin şəxsi evlərin yerləşdiyi ərazilərə zərbələr endiriblər. Bir ev dağıdılıb və hadisə yerində yanğın baş verib. Nəticədə bir qadın xəsarət alıb.

Fedorov ümumilikdə Poloji rayonu və Zaporojyedə hadisə nəticəsində dörd nəfərin yaralandığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026