• Bakı 14° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Tramp Boeing-i müvəqqəti əvəz etmək istəyir

DÜNYA

02 May 2025 | 12:36

Tramp Boeing-i müvəqqəti əvəz etmək istəyir

ABŞ Prezidenti Donald Tramp Boeing şirkətinin prezident təyyarələrinin təhvilində yaşanan gecikmələr səbəbindən müvəqqəti alternativ axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp gecikmələrdən narazı qaldığı üçün L3Harris şirkətinə daha əvvəl Qətərə məxsus olan Boeing 747 təyyarələrinin modernləşdirilməsini tapşırıb. Həmin təyyarələrə xüsusi təhlükəsizlik sistemləri quraşdırılaraq müvəqqəti "Bort №1" kimi istifadə olunacaq.

Nəşr qeyd edir ki, layihə tədarükçülərlə bağlı problemlər və istehsalatda yol verilmiş səhvlər səbəbindən gecikir: "İlkin olaraq 3,9 milyard dollar olaraq planlaşdırılan büdcə milyardlarla dollar artıb".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

02 May 2025