Rusiyanın Ukraynanın Zaporijya şəhəri və Dnipropetrovsk vilayətinə pilotsuz uçuş aparatları (İHA) ilə həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 31 nəfər yaralanıb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Zaporijya Hərbi İdarəsinin rəhbəri İvan Fedorov Telegram hesabında paylaşdığı məlumatda bildirib ki, gecə saatlarında şəhərə İHA ilə hücum olub və nəticədə biri 13 yaşlı uşaq olmaqla 29 nəfər yaralanıb.
Dnipropetrovsk Hərbi İdarəsinin rəhbəri Serhiy Lisak isə açıqlamasında bölgəyə edilən hücum zamanı 2 nəfərin xəsarət aldığını qeyd edib.
Nuriyyə Musayeva